00:23 - Meeting of the Foreign Ministers of Tajikistan and Singapore
21:16 - Tacikistan ve Singapur Dışişleri Bakanları Toplantısı
19:12 - Gabon Dışişleri Bakanı ile görüşme
19:12 - Meeting with the Minister of Foreign Affairs of Gabon
14:02 - Ilham Aliyev attended event held as part of 2nd Azerbaijan International Investment Forum
11:58 - İlham Aliyev, 2. Azerbaycan Uluslararası Yatırım Forumu kapsamında düzenlenen etkinliğe katıldı
09:54 - Rəssam soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib
Rəssam soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib
2026
Rəssam soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Gürcüstanda yaşayan azərbaycanlı rəssam, rəssam-inkrustator və bədii oyma ustası Qəşəm Süleymanov ilə görüşüb.

Qonağı səmimi salamlayan sədr müavini onun Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin mədəni həyatında fəal iştirakını, Azərbaycan mədəniyyətinin Gürcüstanda tanıdılması və soydaşlarımızın milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində göstərdiyi səyləri təqdirəlayiq hesab edib.
Daha sonra Qəşəm Süleymanova “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. O, fəaliyyətinə göstərilən yüksək qiymətə görə dövlətimizə minnətdarlığını ifadə edib və bundan sonra da Azərbaycan milli-mədəni irsinin qorunması və təbliği istiqamətində səylərini davam etdirəcəyini bildirib.
https://x.com/DiasporaAz/status/2103435137212092533
Məlumat üçün bildirək ki, Dmanisi rayonunun Yuxarı Oruzman kəndində yaşayan Qəşəm Süleymanov rəssamlıq ilə məşğul olmaqla yanaşı, burada pedaqoji fəaliyyət göstərir. Soydaşımız, həmçinin Gürcüstan Azərbaycanlıları Konqresinin Dmanisi rayon təşkilatının üzvüdür. O, 2026-cı ildə Marneuli şəhərində vandalizm nəticəsində zədələnən Nizami Gəncəvinin büstünü təmənnasız olaraq bərpa edib. Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü və Marneuli meriyasının dəstəyi ilə həyata keçirilən bərpa işlərinə təxminən 20 gün vaxt sərf edən sənətkar büstü əvvəlki görkəminə qaytarıb.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
mənbə: https://diaspor.gov.az/az/news-detail/ressam-soydasimiza-quot-diaspor-fealiyyetinde-xidmete-gore-quot-medali-teqdim-edilib-7369
https://x.com/DiasporaAz/status/2103435137212092533
Yorum yapabilmek için giriş yapmalısınız.