Polşada Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb - Gazete Develi

SON DAKİKA

Gazete Develi
Tarih: 24.09.2026 22:41

Polşada Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb

Polşada Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb

2026

Polşada Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb

Krakov Azərbaycan Evinə Polşanın bir sıra marketlərində Azərbaycan əleyhinə təxribat xarakterli materialların satılması ilə bağlı məlumat daxil olub.

24 Eylül 2026
Polşada Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb

Polşada Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb

2026

Polşada Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb

Krakov Azərbaycan Evinə Polşanın bir sıra marketlərində Azərbaycan əleyhinə təxribat xarakterli materialların satılması ilə bağlı məlumat daxil olub. Məlumata əsasən, müxtəlif ölkələrin bayraq və xəritələrinin göstərildiyi kitabça və bukletlərdə artıq mövcud olmayan separatçı rejimin simvolu da yer alıb.

Müraciət əsasında məsələ dərhal araşdırılıb və Azərbaycan tərəfinin etirazı ilə əlaqədar sözügedən materialın satışının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülüb. Nəticədə məhsulun satışdan çıxarıldığı və gələcəkdə analoji halların təkrarlanmayacağı barədə Krakov Azərbaycan Evinə məlumat verilib.

Məsələ Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin də diqqətinə çatdırılıb. Səfirlik materialı istehsal edən “Henry” şirkətinin direktoru Çezare Popiel ilə əlaqə saxlayaraq Azərbaycan tərəfinin etirazını bildirib. Şirkətin rəhbəri baş verən yanlışlıqla bağlı üzr istəyib, məhsulun istehsalının və satışının dayandırıldığını qeyd edib, Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/polsada-azerbaycan-eleyhine-texribatin-qarsisi-alinib-7367

 

https://x.com/DiasporaAz/status/2102728323948535911

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Yorum yapabilmek için giriş yapmalısınız.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ