21:27 - Krakov Azərbaycan Evində soydaşlarımıza konsulluq xidməti göstərilib
19:23 - Batumidə 27 Sentyabr – Anım Günü qeyd olunub
15:15 - İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
13:11 - İlham Aliyev, Uluslararası Judo Federasyonu Başkanı’nı kabul etti
20:39 - Moldova Cumhuriyeti’nde Tacikistan vatandaşlarıyla buluşma
18:35 - Meeting with citizens of Tajikistan in the Republic of Moldova
16:31 - Meeting of the Deputy Minister with Representatives of France
14:27 - Bakan Yardımcısının Fransa Temsilcileriyle Görüşmesi
12:23 - Dışişleri Bakan Birinci Yardımcısının BM Su Toplantısına Katılımı
07:13 - Participation of the First Deputy Minister of Foreign Affairs in the UN-Water Meeting
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
2026,
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
2026,
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirdi, artıq ikinci dəfədir ölkəmizin bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini dedi. Prezident İlham Əliyev çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı cüdonun ölkəmizdə məşhur və ən çox medal gətirən idman növlərindən biri olduğunu dedi, bu xüsusda cüdoçularımızın mötəbər yarışlarda qazandıqları medalları vurğuladı.
Azərbaycan Prezidenti idman sahəsində əldə olunmuş uğurlarda paytaxt Bakı ilə yanaşı, regionlarımızda da yaradılmış müasir idman infrastrukturunun roluna toxundu.
Qəbula və Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Ladislau-Marius Vizer müxtəlif idman tədbirlərində cüdoçularımızın qazandıqları medallar münasibətilə təbriklərini çatdırdı.
Qonaq ölkəmizdə cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Görüşdə Azərbaycanın Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğu məmnunluqla qeyd edildi, bu qurumla Azərbaycan Cüdo Federasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə “Dostluq” ordenini təqdim etdi.
Qonaq fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi.
Qeyd edək ki, Ladislau-Marius Vizer ölkəmizdə və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə bu ordenlə təltif olunub.
Böyük ölçüdə şəkillər

https://x.com/YAP_1992/status/2106362418624671934
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/73631
https://x.com/YAP_1992/status/2106362418624671934
Yorum yapabilmek için giriş yapmalısınız.