16:12 - Участие в Манамском диалоге — «IISS Manama Dialogue 2026»
14:04 - Manama Diyaloğuna Katılım – “IISS Manama Diyaloğu 2026”
12:38 - Participation in the Manama Dialogue – “IISS Manama Dialogue 2026”
08:04 - Almaniyada azərbaycanlı boksçulardan parlaq qələbə
08:03 - Azərbaycanın milli dəyərləri Çanvonda keçirilən festivalda təqdim olunub
08:03 - ANA PARTİ’DEN DÜNYAYA GÜÇLÜ MESAJ
08:03 - Вручение копии верительных грамот первым назначенным Послом Обеъдинених Арабских Эмиратов
23:20 - Presentation of an International Award to Danghara District
I Müsəlman Diaspor Forumu işini başa vurub
2026
I Müsəlman Diaspor Forumu işini başa vurub
Türkiyənin paytaxtı Ankarada keçirilən “Köklərdən yollara” adlı I Müsəlman Diaspor Forumu qlobal diaspor siyasəti, xaricdə yaşayan icmalarla əlaqələrin inkişafı, təşkilatlanma və digər aktual məsələlərə həsr olunan panel sessiyaları ilə işini yekunlaşdırıb.
I Müsəlman Diaspor Forumu işini başa vurub
2026
I Müsəlman Diaspor Forumu işini başa vurub
Türkiyənin paytaxtı Ankarada keçirilən “Köklərdən yollara” adlı I Müsəlman Diaspor Forumu qlobal diaspor siyasəti, xaricdə yaşayan icmalarla əlaqələrin inkişafı, təşkilatlanma və digər aktual məsələlərə həsr olunan panel sessiyaları ilə işini yekunlaşdırıb.
“Diaspor üçün dövlət xidmətlərinin qiymətləndirilməsi və vətənlə diaspor arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üzrə ən yaxşı təcrübə nümunələri” və “Diasporda birlik: cari ehtiyaclar, ümumi həllər” mövzusunda keçirilən panellərdə müxtəlif ölkələrin diaspor qurumlarının təmsilçiləri iştirak və çıxış edib. Müzakirələrdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev məruzə ilə çıxış edib. Valeh Hacıyev Azərbaycanın diaspor siyasətinin əsas istiqamətləri, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihələr və əldə olunan nəticələr barədə məlumat verib. O bildirib ki, Azərbaycan dövləti dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsinə, onların təşkilatlanmasının dəstəklənməsinə, milli-mədəni dəyərlərin qorunub saxlanılmasına və yaşadıqları ölkələrin ictimai həyatında fəal iştirakına xüsusi önəm verir.
Sessiyalarda geniş fikir mübadiləsi aparılıb, perspektivə dair təkliflər səslənib. Müzakirələr “Müsəlman Diasporlarının Bəyannaməsi”nin qəbul edilməsi ilə yekunlaşıb. Sənəddə müsəlman diasporları arasında həmrəyliyin gücləndirilməsi, əməkdaşlıq platformalarının inkişaf etdirilməsi və ortaq dəyərlərin qorunması istiqamətində mühüm müddəalar əksini tapıb.
İştirakçılar “Köklərdən yollara” adlı I Müsəlman Diaspor Forumunun işini yüksək qiymətləndirib və bu müzakirələri gələcək əməkdaşlıq üçün vacib platforma hesab etdiklərini vurğulayıblar.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
mənbə: https://diaspor.gov.az/az/news-detail/i-muselman-diaspor-forumu-isini-basa-vurub-7337
Yorum yapabilmek için giriş yapmalısınız.