22:48 - Meeting of the Minister of Foreign Affairs with the UN Resident Coordinator in Tajikistan
19:42 - Dışişleri Bakanı’nın Tacikistan’daki BM Daimi Temsilcisi ile Görüşmesi
17:38 - Telephone conversation between the Foreign Ministers of Tajikistan and Pakistan
15:34 - Tacikistan ve Pakistan Dışişleri Bakanları arasında yapılan telefon görüşmesi
12:28 - KRAL GAZETECİ ABDULLAH YİĞİT `TEN 29 EKİM CUMHURİYET BAYRAMI MESAJI
11:26 - رسالة من آصف أتاسوي، رئيس مجلس إدارة شركة أسفا القابضة، بمناسبة يوم الجمهورية في 29 أكتوبر.
09:22 - Asfa Holding Yönetim Kurulu Başkanı Asaf Atasoy `dan 29 Ekim Cumhuriyet Bayramı Mesajı
10:41 - SİVASLI İŞ ADAMI MEHMET ŞEKER`DEN 29 EKİM CUMHURİYET BAYRAMI MESAJI
Dövlət Komitəsində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər müzakirə olunub
2026
Dövlət Komitəsində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər müzakirə olunub
Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlər müzakirə olunub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları, YAP Nəsimi rayon təşkilatının rəhbər heyəti və nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında Prezident İlham Əliyevin nitqinin qarşıdakı dövr üçün əsas vəzifələri müəyyənləşdirdiyini vurğulayıb. Nitqdə irəli sürülən vəzifələrin öyrənilməsinin və təbliğinin, Azərbaycanın tarixinin gənc nəslə çatdırılmasının, informasiya mübarizəsində fəallığın artırılmasının, eləcə də “Böyük Qayıdış” proqramına ictimai dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, YAP İlk Ərazi Partiya Təşkilatının sədri Valeh Hacıyev ölkəmizin əldə etdiyi nailiyyətlərdən və suverenliyin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin və azərbaycançılıq ideologiyasının yaşadılmasının, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının milli həmrəyliyinin möhkəmləndirilməsinin, onların milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirakının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyib.
YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov “Böyük Qayıdış” proqramının hədəfləri, ölkənin dayanıqlı iqtisadi inkişafı, eləcə də siyasi və iqtisadi sahələrdə əldə olunan nailiyyətlərdən bəhs edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, YAP İlk Ərazi Partiya Təşkilatı sədrinin müavini Qismət Əhmədov ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra keçirilən YAP Qurultayının və Prezident İlham Əliyevin proqram xarakterli nitqinin əhəmiyyətindən danışıb.
Tədbir Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının I Qurultayındakı nitqinin və partiyanın himninin səsləndirildiyi videoçarxın nümayişi ilə başa çatıb.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/dovlet-komitesinde-prezident-ilham-eliyevin-yeni-azerbaycan-partiyasinin-viii-qurultayindaki-nitqinden-ireli-gelen-meseleler-muzakire-olunub-7469
https://x.com/DiasporaAz/status/2116032316854407583
Yorum yapabilmek için giriş yapmalısınız.