20:33 - Statement at the 81st Session of the United Nations General Assembly
18:29 - Birleşmiş Milletler Genel Kurulu’nun 81. Oturumunda Yapılan Açıklama
16:26 - Tacikistan ve Hindistan Dışişleri Bakanları Arasında Görüşme
16:25 - Meeting between the Foreign Ministers of Tajikistan and India
16:25 - Meeting of the Ministers of Foreign Affairs of the Republic of Tajikistan and Sultanate of Oman
07:07 - İlham Aliyev, Uluslararası Kayak ve Snowboard Federasyonu Başkanı ile görüştü
00:55 - Ilham Aliyev met with President of International Ski and Snowboard Federation
21:49 - Participation in the High-Level Meeting of Landlocked Developing Countries(LLDC)
19:45 - Denize kıyısı olmayan gelişmekte olan ülkelerin (LLDC) Yüksek Düzeyli Toplantısına Katılım
Diasporla İş üzrə Dövlət Komitəsi – İstanbulda 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib
29 sentyabr, 2026
Diasporla İş üzrə Dövlət Komitəsi – İstanbulda 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib
Türkiyənin İstanbul şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsi – İstanbulda 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib
29 sentyabr, 2026
Diasporla İş üzrə Dövlət Komitəsi – İstanbulda 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib
Türkiyənin İstanbul şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. İki qardaş ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Vətən müharibəsi dövründə həyata keçirdiyi fəaliyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Milli Məclis sədrinin müavini, professor Musa Qasımlı, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatı Məşhur Məmmədov, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Zamin Əliyev, Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Bağcılar rayon kaymakamı Abdullah Uçqun, Bağcılar Bələdiyyəsinin sədr müavini Ali Ərdoğan və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turan çıxış edib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi qələbənin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Həmçinin Qarabağ Zəfərinə gedən yoldan, şəhidlərimizin qəhrəmanlığından və 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, əldə olunan Zəfər Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində həlledici rol oynayıb.
Natiqlər Azərbaycan-Türkiyə qardaşlığının tarixi bağlarına toxunaraq, iki ölkə arasındakı həmrəyliyin və birliyin əhəmiyyətini vurğulayıblar.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
mənbə: https://diaspor.gov.az/az/news-detail/istanbulda-27-sentyabr-anim-gunune-hesr-olunan-tedbir-kecirilib-7388
https://x.com/DiasporaAz/status/2104898515487043857
Yorum yapabilmek için giriş yapmalısınız.