23:51 - İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
16:38 - TARIMKON GENEL BAŞKANI HAKAN YÜKSEL, KKTC CUMHURBAŞKANI TUFAN ERHÜRMAN’I MAKAMINDA ZİYARET ETTİ
13:31 - GAİM-də “1+4” proqramı üzrə riyaziyyat dərsləri davam edir
11:27 - Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
07:19 - Bəstəkar Xədicə Zeynalova beynəlxalq konfransda iştirak edib
22:01 - İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
18:55 - İlham Aliyev, Azerbaycan’a yeni atanan Malezya Büyükelçisini kabul etti
15:49 - İlham Aliyev, Dünya Judo Şampiyonası’nın açılış törenine katıldı
Bəstəkar Xədicə Zeynalova beynəlxalq konfransda iştirak edib
2026
Bəstəkar Xədicə Zeynalova beynəlxalq konfransda iştirak edib
Almaniyada yaşayan azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova Leypsiq şəhərində keçirilən “chor.
Bəstəkar Xədicə Zeynalova beynəlxalq konfransda iştirak edib
2026
Bəstəkar Xədicə Zeynalova beynəlxalq konfransda iştirak edib
Almaniyada yaşayan azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova Leypsiq şəhərində keçirilən “chor.com 2026” adlı beynəlxalq musiqi konfransında iştirak edib.
Konfrans çərçivəsində iştirakçıların peşəkar bilik və təcrübələrini zənginləşdirən müxtəlif seminarlar, təlimlər və ustad dərsləri təşkil olunur, sərgi və konsert proqramları keçirilir.
Soydaşımız konfransda təşkil olunan “Interkulturelle Brückenbauerinnen – Mədəniyyətlərarası körpülər quran qadınlar” adlı xüsusi təlimdə çıxış edib. O, öz yaradıcılıq və peşəkar təcrübəsini iştirakçılarla bölüşüb, Azərbaycanın zəngin musiqi mədəniyyətindən, bəstəkarlıq fəaliyyətindən və uzun illərdir həyata keçirdiyi mədəniyyətlərarası layihələrdən bəhs edib. Avropanın ən böyük musiqi konfranslarından birində azərbaycanlı bəstəkar və musiqişünas kimi çıxış etməkdən qürur duyduğunu söyləyib.
Qeyd edək ki, Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin və “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini xaricdə uğurla təbliğ edir. 2024-cü ildə Almaniyada “İlin ən yaxşı bəstəkarı” adına və “Artist in Residence” nominasiyasına layiq görülən ilk azərbaycanlı bəstəkardır. O, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Prezident İlham Əliyevin 07 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 45-dən çox elmi kitab, məqalə və dərsliyin müəllifidir. Əsərləri Almaniya, Hollandiya, İngiltərə, Azərbaycan, Yaponiya, Türkiyə və digər ölkələrdə nəşr olunub.
https://x.com/DiasporaAz/status/2107470459239600431
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
mənbə: https://diaspor.gov.az/az/news-detail/bestekar-xedice-zeynalova-beynelxalq-konfransda-istirak-edib-7415
https://x.com/DiasporaAz/status/2107470459239600431
Yorum yapabilmek için giriş yapmalısınız.