00:08 - Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub
22:46 - Активисты «Единой России» приняли участие в общественных и культурных мероприятиях в Дагестане
17:19 - Diaspor əməkdaşlığında mühüm mərhələ: yeni memorandum imzalanıb
15:56 - Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
13:12 - I Müsəlman Diaspor Forumu işini başa vurub
22:10 - По инициативе «Единой России» в Казани состоялся турнир по мини-футболу
20:49 - Birleşik Rusya’nın girişimiyle Kazan’da mini futbol turnuvası düzenlendi
18:04 - При поддержке «Единой России» в Десногорске Смоленской области состоялся фестиваль спорта
Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub
16 sentyabr, 2026
Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, millət vəkili, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin sədri Kürşad Zorlu, həmin qurumun sədr müavini Temel Akyürək və Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygörlə görüşüb.
Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub
16 sentyabr, 2026
Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, millət vəkili, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin sədri Kürşad Zorlu, həmin qurumun sədr müavini Temel Akyürək və Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygörlə görüşüb.
Komitənin beynəlxalq miqyasda həyata keçirdiyi layihələr barədə məlumat verən sədr Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə, qarşılıqlı etimada və möhkəm dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əzmi, siyasi iradəsi, qətiyyəti və qarşılıqlı səyləri mühüm rol oynayıb. Bu siyasi iradənin nəticəsi olaraq iki qardaş ölkə arasında bütün sahələri, o cümlədən diaspor fəaliyyətini əhatə edən, gündən-günə möhkəmlənən və sarsılmaz xarakter alan münasibətlər formalaşıb.
Bildirilib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mədəni dəyərlərimizin təbliği, xaricdə yaşayan soydaşlarımızın bir araya gətirilməsi və Azərbaycan diasporunun fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu çərçivədə hazırda dünyanın 21 ölkəsində 33 Azərbaycan Evinin mövcudluğuna diqqət çəkilib. Həmin evlərdən bir neçəsinin Türkiyədə yerləşməsi və burada yaşayan azərbaycanlıların vahid platforma ətrafında birləşməsinə, milli-mədəni irsimizin qorunub yaşadılmasına, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsinə töhfələr verdiyi vurğulanıb.
Kürşad Zorlu çıxışında türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin və ortaq təşəbbüslərin artırılmasının vacibliyindən danışıb. O, müasir texnologiyaların yaratdığı imkanların xaricdə yaşayan soydaşların daha çevik və effektiv şəkildə bir araya gətirilməsi, onların vahid rəqəmsal platformalar üzərindən əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, rəqəmsal imkanlardan məqsədyönlü istifadə diaspor təşkilatları arasında informasiya mübadiləsini sürətləndirməklə yanaşı, müxtəlif ölkələrdə yaşayan soydaşların ortaq məqsədlər ətrafında daha sıx əməkdaşlığına şərait yarada bilər. O, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi layihə və proqramları yüksək qiymətləndirdiyini qeyd edib.
Səmərəli fikir mübadiləsi ilə davam edən görüşdə perspektivə dair təkliflər səslənib, real əməkdaş imkanları nəzərdən keçirilib.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
mənbə: https://diaspor.gov.az/az/news-detail/azerbaycan-turkiye-diaspor-emekdasliginin-perspektivleri-muzakire-olunub-7354
Yorum yapabilmek için giriş yapmalısınız.