12:16 - Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil edilib
09:42 - Cumhurbaşkanı Ersin Tatar, Arkın Karpaz Gate Marina Kupası’nın ödül törenine katıldı
08:25 - Avstraliyada yaşayan soydaşımız medalla təltif olunub
23:26 - «Единая Россия» провела урок мужества для школьников ХМАО
20:52 - По народной программе «Единой России» в Мелитополе завершили благоустройство сквера
18:18 - Melitopol’daki “Birleşik Rusya” halk programına göre parkın iyileştirilmesi tamamlandı
17:01 - Birleşik Rusya, Hantı-Mansiysk Özerk Okrugu’ndaki okul çocuklarına cesaret dersi verdi
Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil edilib
, 2025
Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil edilib
Çinin Suçjou şəhərində “Qlobal inkişaf üçün gənclərin potensialının açılması” şüarı altında “Gənclərin İnkişafı Qlobal Forumu–2025”in açılışı keçirilib.
Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil edilib
, 2025
Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil edilib
Çinin Suçjou şəhərində “Qlobal inkişaf üçün gənclərin potensialının açılması” şüarı altında “Gənclərin İnkişafı Qlobal Forumu–2025”in açılışı keçirilib. 100-dən çox ölkə və 17 beynəlxalq təşkilatdan 500-ə yaxın şəxsin, o cümlədən gənc nazirlərin, liderlərin və müxtəlif təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan da təmsil olunub.
https://x.com/DiasporaAz/status/1947939968858673342
Forum BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə və Çinin inkişaf, təhlükəsizlik və sivilizasiya sahəsində gənclərin beynəlxalq əməkdaşlığına töhfə verməyi hədəfləyib.
https://x.com/DiasporaAz/status/1947939968858673342
Tədbirdə “Gənclərin İnkişafı üzrə 2025-ci il Qlobal Fəaliyyət Planı” çərçivəsində 100 layihə təqdim olunub, yaşıl istehlak, texnoloji innovasiyalar, süni intellekt və mədəni irsin qorunması mövzularında sessiyalar təşkil edilib.
https://x.com/DiasporaAz/status/1947939968858673342
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tədbir çərçivəsində “İpək Yolu Gənc Sahibkarlar” adlı forum keçirilib. Afrika, Asiya və Avropadan 35 ölkədən 37 gəncin qatıldığı tədbirdə sahibkarlıq, innovasiya və qlobal çağırışlar mövzusunda panel müzakirələr aparılıb.
https://x.com/DiasporaAz/status/1947939968858673342
“İpək Yolu Gənc Sahibkarlar” forumunun açılış mərasimində Çin Gənclər Federasiyasının Baş Katibinin müavini Liu Kai və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Prezidenti Aytən Əliyeva çıxış ediblər. Xanım Liu Kai çıxışında gənclər arasında sahibkarlıq və əməkdaşlığın əhəmiyyətindən, “Böyük İpək Yolu” Gənclər İttifaqı ilə birgə əldə olunan uğurlardan və “Bir Yol, Bir Kəmər” təşəbbüsü çərçivəsində görülən işlərdən danışıb. Aytən Əliyeva tədbirin məqsədinin İpək Yolu ölkələrindən gəncləri bir araya gətirmək və sahibkarlar şəbəkəsi yaratmaq olduğunu bildirib. Çin Gənclər Federasiyasına ev sahibliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə işə göstərdiyi dəstək üçün təşəkkür edib.
https://x.com/DiasporaAz/status/1947939968858673342
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Beynəlxalq Əlaqələr və Dayanıqlı İnkişaf Departamentinin rəhbəri Afət Məmmədova forumun moderatoru kimi çıxış edib. Onun ingilis və çin dillərində apardığı sessiyalar yüksək qiymətləndirilib.
“Gənclərin Səsi: İpək Yolu İnnovatorları” adlı sessiyada Pakistan, Türkiyə, Seneqal, Misir, Qazaxıstan və digər ölkələrdən olan gənc startapçılar innovativ layihələrini təqdim ediblər. Panel müzakirələrdə gənclərin innovasiyalar vasitəsilə qlobal problemlərə cavab verməsi və davamlı inkişaf məqsədlərinə töhfəsi müzakirə olunub.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
https://x.com/DiasporaAz/status/1947939968858673342
Daha sonra iştirakçıların Şanxay, Çanşa və Sian şəhərlərinə işgüzar səfəri baş tutub.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1947939968858673342
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-dunya-gencler-inkisaf-forumunda-temsil-edilib-6028
https://x.com/DiasporaAz/status/1947939968858673342
Yorum yapabilmek için giriş yapmalısınız.