06:48 - İlham Aliyev, FIFA U-15 Dünya Kupası ve Festivali final maçını izledi ve ödül törenine katıldı
18:24 - Əməkdar artist Adilə Əliyeva Parisdə platin medalla təltif olunub
15:18 - Meeting of Ambassador with the Assistant Foreign Minister of Egypt
13:14 - Büyükelçinin Mısır Dışişleri Bakan Yardımcısı ile Görüşmesi
22:48 - Meeting of the Minister of Foreign Affairs with the UN Resident Coordinator in Tajikistan
19:42 - Dışişleri Bakanı’nın Tacikistan’daki BM Daimi Temsilcisi ile Görüşmesi
17:38 - Telephone conversation between the Foreign Ministers of Tajikistan and Pakistan
15:34 - Tacikistan ve Pakistan Dışişleri Bakanları arasında yapılan telefon görüşmesi
Əməkdar artist Adilə Əliyeva Parisdə platin medalla təltif olunub
, 2026
Əməkdar artist Adilə Əliyeva Parisdə platin medalla təltif olunub
Fransa və Azərbaycanın tanınmış mədəniyyət xadimi, Əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva Fransanın İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin diplom və platin medalı ilə təltif olunub.
Əməkdar artist Adilə Əliyeva Parisdə platin medalla təltif olunub
, 2026
Əməkdar artist Adilə Əliyeva Parisdə platin medalla təltif olunub
Fransa və Azərbaycanın tanınmış mədəniyyət xadimi, Əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva Fransanın İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin diplom və platin medalı ilə təltif olunub.
Soydaşımız Akademik Cəmiyyətin Ali Mükafatlar Komissiyasının qərarı ilə bu ali mükafata layiq görülüb. Cəmiyyətin 2026-cı il laureatlarının mükafatlandırılma mərasimi Parisdə yerləşən “InterContinental Paris Le Grand” mehmanxanasının “Opera” zalında keçirilib.
1915-ci il noyabrın 12-də təsis edilən İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin əsas məqsədi mədəniyyət, incəsənət, elm və ədəbiyyatın inkişafına mühüm töhfələr verən şəxslərin fəaliyyətini qiymətləndirmək və təşviq etməkdir. Adilə Əliyevanın beynəlxalq mükafata layiq görülməsi onun uzun illər ərzində musiqi sahəsində həyata keçirdiyi fəaliyyətin, Azərbaycan mədəniyyətinin xaricdə təbliğinin və ölkəmizin beynəlxalq mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrin növbəti nümunəsi sayılıb.
Qeyd edək ki, Bakı şəhərində anadan olan Adilə Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illərdir Fransada yaşayan sənətkar dünyanın 50-dən çox ölkəsində konsert proqramları ilə çıxış edib. Azərbaycan bəstəkarlarının əsərlərini beynəlxalq səviyyədə təbliğ edərək, milli musiqi mədəniyyətimizin tanıdılmasına töhfə verib. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasına rəhbərlik edən pianoçu, həmçinin Adilə Əliyeva adına Beynəlxalq Piano Müsabiqəsinin təsisçisidir.
Adilə Əliyeva 2022-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni və Fransanın ən yüksək dövlət mükafatlarından biri olan “Fəxri Legion” ordeni ilə təltif olunub. O həmçinin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı və Azərbaycan diasporunun inkişafında fəal iştirakına görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə mükafatlandırılıb.
Foto qalereya


dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/emekdar-artist-adile-eliyeva-parisde-platin-medalla-teltif-olunub-7474
https://x.com/DiasporaAz/status/2116039432730185893
Yorum yapabilmek için giriş yapmalısınız.