Azərbaycan mədəniyyəti Tbilisoba festivalında - Gazete Develi

SON DAKİKA

Gazete Develi
Tarih: 07.10.2026 21:02

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında

2026

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında

Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi “Tbilisoba” – Tbilisi Şəhəri Günü qeyd olunub.

07 Ekim 2026
Azərbaycan mədəniyyəti Tbilisoba festivalında

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında

2026

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında

Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi “Tbilisoba” – Tbilisi Şəhəri Günü qeyd olunub. 1979-cu ildən keçirilən festival şəhərin zəngin tarixini, mədəni müxtəlifliyini və Gürcüstanın müxtəlif bölgələrinin adət-ənənələrini nümayiş etdirən tədbir kimi tanınır.

Bayram çərçivəsində “Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası” və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində milli mətbəx və mədəniyyət nümunələri nümayiş etdirilib. Tbilisi Meriyasının və bələdiyyəsinin nümayəndələri də Azərbaycan guşəsinə baş çəkərək milli təamlarımızdan dadıblar.

“Ceyran” Azərbaycan rəqs ansamblının ifasında təqdim olunan “Uzundərə” və “Sarı gəlin” rəqslərini iştirakçılar sürəkli alqışlarla qarşılayıb.

Azərbaycan mədəniyyətinin Tbilisoba festivalında təqdim edilməsi Gürcüstanda yaşayan soydaşlarımızın milli irsimizin yaşadılması və iki xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfənin daha bir nümunəsinə çevrilib.

Foto qalereya

 

https://x.com/DiasporaAz/status/2107465482739884144

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

mənbə: https://diaspor.gov.az/az/news-detail/azerbaycan-medeniyyeti-tbilisoba-festivalinda-7413

https://x.com/DiasporaAz/status/2107465482739884144

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Yorum yapabilmek için giriş yapmalısınız.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ