22:46 - Активисты «Единой России» приняли участие в общественных и культурных мероприятиях в Дагестане
17:19 - Diaspor əməkdaşlığında mühüm mərhələ: yeni memorandum imzalanıb
15:56 - Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
13:12 - I Müsəlman Diaspor Forumu işini başa vurub
22:10 - По инициативе «Единой России» в Казани состоялся турнир по мини-футболу
20:49 - Birleşik Rusya’nın girişimiyle Kazan’da mini futbol turnuvası düzenlendi
18:04 - При поддержке «Единой России» в Десногорске Смоленской области состоялся фестиваль спорта
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
2026
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılar və İnsan Resurslarının İnkişafı naziri Çaudri Salik Hüseyn, Nigeriya Diaspor Komissiyasının sədri Abike Dabiri-Erewa və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Abdullah Eren ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın diaspor siyasəti, xaricdə yaşayan soydaşlarla əlaqələrin möhkəmləndirilməsi, diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq platformalarda ortaq təşəbbüslərlə çıxış edilməsi, eləcə də Azərbaycan və Türkiyənin qardaşlığının üçüncü ölkələrdə birgə təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.
Komitə sədri beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin, Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsinin və xaricdə yaşayan azərbaycanlıların potensialının vahid məqsədlər ətrafında səfərbər edilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib.
Tərəflər rəhbərlik etdikləri qurumların fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla diaspor sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər. Həmçinin mövcud əlaqələrin genişləndirilməsi, yeni birgə layihələrin hazırlanması ilə bağlı razılıq əldə olunub.
Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının sədrinin müşaviri Pərviz Məmmədzadə, Pakistanın Türkiyədəki Səfirliyinin üçüncü katibi Mürva Suleyman və digər rəsmi şəxslər iştirak ediblər.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
mənbə: https://diaspor.gov.az/az/news-detail/turkiyede-qlobal-diaspor-meseleleri-muzakire-olunub-7339
Yorum yapabilmek için giriş yapmalısınız.