16:20 - Meeting of the Ambassador with the Minister of Trade of Turkiye
15:03 - «Молодая Гвардия Единой России» устроила фотосессию для детей из села Кустанаевка Амурской области
12:29 - Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
07:21 - Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib
00:56 - «Единая Россия» устроила новогодний автотур по 15 населённым пунктам Ставропольского края
21:05 - «Единая Россия» установила Парту Героя и мемориальную доску в сельской школе Тамбовской области
17:14 - При содействии «Единой России» в Красногвардейском районе Оренбургской области открыли ФАП
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
2026
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bu gün saat 21:05-də Vətənə gətiriləcək.
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
2026
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bu gün saat 21:05-də Vətənə gətiriləcək. Cənazə komitə nümayəndələrinin də iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanacaq.
Milli Qəhrəmanın vida, dəfn və yas mərasimlərinin təşkili üçün Diasporla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumları əlaqəli şəkildə bütün lazımi işləri görürlər.
Mərhumla vida və dəfn mərasimi 16 yanvar 2026-cı il tarixində saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.
https://x.com/DiasporaAz/status/2011717129578426862
Yas mərasimi isə 17 yanvar 2026-cı il tarixində saat 11:00-da Təzəpir məscidində olacaq.
Xatırladaq ki, Şahin Talıb oğlu Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olub, əslən Şuşadandır. O, 29 dekabr 2025-ci il tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycan əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Göyarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.
https://x.com/DiasporaAz/status/2011717129578426862
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Şahin Tağıyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/milli-qehreman-sahin-tagiyevin-cenazesi-vetene-getirilir-6575
https://x.com/DiasporaAz/status/2011717129578426862
Yorum yapabilmek için giriş yapmalısınız.